Ombudsman beynəlxalq təşkilatlara müraciət edib: Mina xəritəsi...
07:33 14.06.2021
Arxiv
492
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan minalı ərazilərlə bağlı narahatlığımı bir daha ifadə edirəm.
Ermənistan və Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatmış və Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri azad edilmişdir.
Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər, demək olar ki, Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış, həmin ərazilərdə yüz minlərlə mina basdırılmışdır. Minalar isə onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. Belə ki, münaqişə bitdikdən sonra müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən 140-dan çox insan minaya düşmüş, 27 şəxs mina partlaması nəticəsində həlak olmuşdur.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq tərəfimdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmış, bununla bağlı beynəlxalq təşkilatlara öz narahatlığımı bildirmişəm.
Ermənistan isə hər dəfə onlarda bu xəritələrin olmaması və digər bəhanələrlə mina xəritələrini verməkdən imtina etmiş, beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq onlarla günahsız insanların həlak olmasına və ya sağlamlıqlarını itirməsinə səbəb olmuşdur.
Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbi qulluqçunun Ermənistana təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilmişdir.
Azərbaycanın işğaıldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin kiçik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi bizim davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyimiz narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha göstərmiş oldu.
Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.
Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə qətiyyətlə işğaldan azad edilmiş digər rayonların da mina xəritələrinin verilməsini tələb edir, bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya