"Operativ müdaxilə və enerjinin bərpası çox müsbət hal oldu" - Təşvişə son qoydu
15:27 06.07.2018
Arxiv
419
"Mingəçevir İES-də baş verən qəza ilə əlaqədar yaradılmış komissiyanın araşdırması yekunlaşmadan problemin səbəbləri, günahkarların məsuliyyətə cəlb olunması barədə konkret fikir bildirmək çətindir”.
Bu barədə "Sherg.az”a vəkil İradə Cavadova məlumat verib.
O bildirib. ki, toplanmış materiallar dəqiq analiz edildikdən sonra məsələyə hüquqi qiymət verilə bilər:
"Təbii ki, ölkədə enerji təminatının dayanması yaxşı hadisə deyil. Ona görə, məsələ araşdırılıb, hüquqi qiymət verilməsi mütləqdir. Bu hadisə bir daha göstərdi ki, nöqsanlar var. Bu nöqsanlar isə tam araşdırmadan sonra dəqiq səsləndirilə bilər. Kütləvi İnformasiya Vasitələrində müxtəlif fikirlər səsləndirilir ki, yeyinti halları, məsuliyyətsizlik faktı olub. Amma bütün bunlar hələlik ehtimallardır. Ölkə başçısının tapşırığı ilə yaradılan Dövlət Komissiyası əhatəli araşdırma aparıb, nəticələri ortaya qoyduqdan sonra əsassız fikirlərə son qoyulacaq.
Bir məsələni xüsusi qeyd etmək istərdim ki, baş verən hadisənin fəsadları tez bir zamanda aradan qaldırıldı. Operativ müdaxilə və enerjinin bərpası çox müsbət hal oldu. Çünki insanlar vəziyyətin 2-3 gün davam edəcəyi fikri ilə təşvişə düşmüşdülər. Amma belə irimiqyaslı problemin tez bir zamanda aradan qaldırılması əhalidə bir qədər inam yaratdı. Hadisənin kökündə duran səbəblər isə komissiyanın müəyyən edəcəyi məsələdir”.
Qeyd edək ki, iyulun 4-də keçirilən müşavirədə Prezident İlham Əliyev stansiyada baş verən qəzanın lokal xarakter daşımalı olduğunu söyləyib. Prezident bildirib ki, çox ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir:
"Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat