"Orta məktəblərdə Cümhuriyyət tariximiz xüsusi şəkildə təbliğ edilməlidir"







"Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü il dönümü təntənəli şəkildə qeyd edilməlidir”.

Bunu "Sherg.az”a "Atatürk liseyi”nin tarix müəllimi Elmar Həsənov deyib. 

O vurğulayıb ki, Cümhuriyyət tarixi ilə bağlı kitabların, arxiv materiallarının kütləvi nəşri həyata keçirilməlidir:

"Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyidir. Bu haqda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xüsusi sərəncamı var. 100 illik olduğu üçün bu tarix təntənəli şəkildə qeyd edilməlidir. 

Cümhuriyyət dövrünün liderlərinin elmi irsi və onların xatirələri nəşr edilməlidir. Bununla bağlı hökumət 5 milyon manat ayırıb”.

Tarixçi təklif edir ki, Cümhuriyyətlə əlaqədar yazı müsabiqələri təşkil edilsin:

"Orta məktəblərdə Cümhuriyyət tariximiz xüsusi şəkildə təbliğ edilməlidir. Cümhuriyyət tariximizi araşdıran tədqiq edən tədqiqatçı gənclərə isə xüsusi dəstək göstərmək lazımdır”.

Qeyd edək ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur.

Aysel Aslan