PA: Azərbaycanın əldə etdiyi uğurlar Prezidentin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir
17:03 31.10.2018
Arxiv
708
Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir.
Trend-in məlumatına görə, bunu "Doing Business 2019” hesabatına həsr olunmuş mətbuat konfransında Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib.
V.Şıxəliyev vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş islahatlar hesabatda rekord nəticəyə nail olmağa imkan verdi. Belə ki, Azərbaycan öz mövqeyini 32 pillə yüksəldərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. MDB ölkələri arasında Azərbaycan 1-ci yeri tutub.
Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycan ilk 10 islahatçı ölkə sırasına daxil olub və ən çox islahat keçirmiş ölkə elan olunub. Azərbaycan "Doing Business” reytinqində 10 göstəricidən 8-i üzrə mövqeyini yaxşılaşdırıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi kimi, neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda keçirilən islahatlar 2015-ci ilin sonundan daha da dərinləşdirildi və yeni xarakter daşımağa başladı. Ölkədə keçirilmiş iqtisadi islahatlar nəticəsində maliyyə sabitliyi və iqtisadi artım bərpa olundu, bir çox sahələrdə, xüsusilə də kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda mühüm irəliləyiş əldə olundu”.
V.Şıxəliyev vurğulayıb ki, həmin islahatlar nəticəsində biznesin yaradılması, tikinti icazəsinin alınması, elektrik şəbəkələrə qoşulma, mülkiyyətin qeydiyyatı və digər indikatorlar üzrə irəliləyişlər əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya