Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB





Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 100-dək dindar yaralanıb.

APA-nın "Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.
Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.

"İŞİD” terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

***** 
Pakistanın cənubunda məsciddə partlayış törədilib, nəticədə 30-dan çox dindar ölüb.
APA-nın "RİA Novosti”yə istindən verdiyi xəbərə görə, partlayış Kəraçi əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.
Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.