Parlamentdə Sarkisyana ultimatum verildi: "Ermənistanda daş, daş üstə qalmayacaq"





Parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Naxçıvanda keçirilən hərbi paraddan danışıb. 

"Sherg.az"-ın məlumatına görə, millət vəkili deyib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır: 

"Bu günlərdə Naxçıvanda möhtəşəm hərbi parad keçirildi. Bu Sarksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir.
Azərbaycanın ordusunun necə güclü olduğunun bir elementi idi. 

Hesab edirəm ki, Naxçıvandakı paradı, Sarksiyan və ermənilər izləyib ağlını başına yığmalıdır. Anlasınlar ki, indi 90-cı illər deyil.

Qarabağ müharibəsini ermənilər başladanda, Azərbaycan daxilində kifayət qədər təlatümlər, problemlər var idi. Bu səbəbdən də, torpaqlarımız işğal olundu. İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş, daş üstə qalmayacaq!”. 

 Anar