Nikolun siyasi naşılığı, yalan vədləri, seçkilərdə qalib gəlmək şansını azaldıb
Paşinyan dalana dirənib
07:58 01.12.2018
Arxiv
527
Ona qarşı etiraz dalğası daha da genişlənəcək
Nikolun siyasi naşılığı, yalan vədləri, seçkilərdə qalib gəlmək şansını azaldıb
Nikolun siyasi naşılığı, yalan vədləri, seçkilərdə qalib gəlmək şansını azaldıb
"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana qarşı etiraz hərəkətləri getdikcə genişlənir”. Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Düşmən ölkədəki gərgin vəziyyəti dəyərləndirən politoloq bildirib ki, indiyədək bu etirazlar əsasən ayrı-ayrı şəxslər və ya siyasi qüvvələr tərəfindən edilirdisə, hazırda narazılıqlar əhali arasında da geniş yayılmaqdadır: "Bir müddət əvvəl "Nairit” zavodunun əməkdaşları 7 aylıq maaşlarının ödənməsi tələbi ilə hökumət binası qarşısında etirazlar təşkil etmişdilər. Ötən gün həmin zavodun yüzlərlə işçisi yenidən eyni məkanda etiraz mitinqi keçiriblər. Bu dəfə də tələb dörd aydır gecikən maaşların verilməməsi olub.
Lakin onlar siyasi şüarlar da səsləndiriblər və Paşinyanı verdiyi vədləri yerinə yetirməyə çağırıblar. Göründüyü kimi, artıq etirazlar sosial xarakter daşımaqdan kənara çıxır və daha çox siyasi müstəviyə keçir. Bir neçə gündür, Ermənistanın Berdavan kəndinin sakinləri Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə piketlər keçirirlər. Etirazçıları özündən çıxaran isə hökumətin cavabı yox, məhz Paşinyanın fikirləri olub. Baş nazir vətəndaşlara qarşı çox sərt sözlər işlədib və onları "Azərbaycanın maraqlarına xidmət etməkdə” günahlandırıb. Bu isə öz növbəsində etirazçıları daha da qızışdırıb və onlar da Paşinyandan həm üzr istəməyi, həm də vədlərinə əməl etməyi tələb etməyə başlayıblar”.
Politoloq bildirib ki, Ermənistan baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın əsirlikdən azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid ediblər. Paşinyan isə noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamada hökumətin bununla bağlı mövqeyini dəstəklədiyini bildirib: "Problem təkcə bunlarla məhdudlaşmır. Ölkədə siyasi vəziyyət gündən-günə ağırlaşır və Paşinyana qarşı ittihamların ardı-arası kəsilmir. Müşahidəçilər belə vəziyyətdə onun 9 dekabr seçkilərində qalib gəlmə ehtimalının getdikcə zəiflədiyini bildirirlər. Məsələ burasındadır ki, Paşinyan siyasi naşılığı və məsuliyyətsiz çıxışları ilə insanlar arasında reytinqini sürətlə "xərcləyir”. Opponentləri onu yalançılıqda və ölkəni xaosa sürükləməkdə günahlandırırlar. Ermənistan müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının keçmiş sədri Artak Zakaryan mətbuata açıqlamasında bildirib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların məsuliyyətindən də yayınmağa çalışır”.
Ekspert vurğulayıb ki, Paşinyanın komandasında narazılıqların yaranması barədə də söhbətlər yayılır:
"Yerli ekspertlərin fikrincə, Paşinyan müdafiə naziri David Tonoyanın fəaliyyətindən narazıdır. Onun son günlər ordudakı acınacaqlı vəziyyətlə bağlı söylədikləri də bununla izah edilir. Hesab edilir ki, Paşinyan Tonoyanın ordudakı vəziyyətin yaxşı olması barədə indiyədək dediklərinin yalan olduğunu ictimailəşdirməklə onun fəaliyyətindən narazı qaldığını ifadə edib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm