Ona görə Ermənistanda islahatlar birbaşa Qarabağ münaqişəsinin həlli prosesi ilə aparılacaqsa, müsbət irəliləyiş olacaq
Paşinyanın ən böyük dərdi...
07:31 18.10.2018
Arxiv
976
Azərbaycanın hərbi gücə əl atması Ermənistanın sonunu gətirə bilər
Ona görə Ermənistanda islahatlar birbaşa Qarabağ münaqişəsinin həlli prosesi ilə aparılacaqsa, müsbət irəliləyiş olacaq
Ona görə Ermənistanda islahatlar birbaşa Qarabağ münaqişəsinin həlli prosesi ilə aparılacaqsa, müsbət irəliləyiş olacaq
"Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməklə, inqilabın birinci mərhələsini sona çatdırdı. İkinci mərhələdə Paşinyan kütləyə verdiyi vədləri həyata keçirməli və islahatlara başlamalıdır”.
Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Paşinyanın seçki öncəsi istefasını dəyərləndirən analitik bildirib ki, əgər, baş nazir yenidən öz fəaliyyətini populist çıxışlara və Koçaryana qarşı mübarizəyə həsr edəcəksə, onda əhali yenidən meydanlara çıxacaq:
"Bu isə sabiq prezident Robert Koçaryanın yenidən toparlanmasına, Paşinyana hücuma keçməsinə əsas olacaq. Koçaryan çalışacaq ki, Paşinyana qarşı dirəniş göstərsin və ölkədə islahatlar aparılmasın. Paşinyan 6 ay müddətində fəaliyyətini "Qarabağ klanı"nı zərərsizləşdirməyə, dövlət institutlarında köhnə hakimiyyətin mənsublarını vəzifədən uzaqlaşdırmağa həsr etdi. Eyni zamanda bu müddət ərzində ölkədə inqilabi əhval-ruhiyyəni sürdürdü və Sarkisyanın parlament hakimiyyətini zəiflətdi.
Həmçinin, İrəvanda mer seçkilərində qalib gələrək, Respublika Partiyasını pat vəziyyətə saldı. Ancaq baş nazir nə daxili, nə də xarici siyasətdə mühüm addımlar ata bilmədi. İqtisadi və sosial vəziyyət barədə verdiyi sözlər, elə söz olaraq qaldı. Paşinyan sadəcə iki məsələdə irəliləyiş əldə etdi. Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail oldu, ikincisi isə Qarabağ münaqişəsinin həlli üzrə Prezident İlham Əliyevlə görüşmək şansı əldə etdi.
Əslində hər iki faktor Paşinyana imkan verəcək ki, inqilabın ikinci mərhələsində islahatlara getsin. Təbii ki, bu islahatlar birbaşa Qarabağ münaqişəsinin həlli prosesi ilə aparılacaqsa, müsbət irəliləyiş olacaq. Yox əgər Paşinyan hökuməti substantiv danışıqlardan qaçarsa, o zaman Azərbaycan hərbi gücə üstünlük verəcək. Bu da Paşinyanın reytinqinə və islahatlarına zərbə vuracaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya