"Paşinyanın təmsil etdiyi dövlətin dünyada nüfuzu yoxdur" - Aydın Hüseynov
12:45 13.07.2018
Arxiv
734
"Azərbaycan Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yerlə-göy qədər fərq var”
Bu sözləri "Sherg.az”a millət vəkili Aydın Hüseynov söyləyib.
Onun qənaətincə, Azərbaycan Prezidenti nümayiş etdirdiyi siyasət nəticəsində dünyada çox böyük hörmətlə qarşılaşır:
"Ölkə başçımız regionda böyük layihələrin həyata keçirilməsi və Avropanın enerji təminatı istiqamətində bir çox uğurlu addımlara imza atıb. Cənab İlham Əliyev 15 ildir ki, Azərbaycan xalqını dünya qarşısında birbaşa təmsil edir. Hazırda dünyada olan ən böyük tribunalar ölkə başcımız üçün yenilik deyil. İlham Əliyev prezident olmazdan qabaq bir çox Avropa təşkilatlarında yer alıb, fikir bildirib. Hətta ölkə başcımız əvvəllər millət vəkili kimi, AŞPA-nın sədr müavini kimi bir çox tribunalarda dünyanı maraqlandıran terrorizmə qarşı mübarizə ilə bağlı, həmçinin dünyanın qlobal problemləri ilə bağlı bir sıra fikirlər səsləndirib. Cənab prezidentin söylədiyi bu fikirlər digər dövlətlər, təşkilatlar tərəfindən hörmətlə qəbul olunub.
Digər tərəfdən Prezident olaraq Azərbaycan xalqının mənafeyini və istəklərini ifadə edib, ən əsası da müstəqil siyasət yeridərək çox rəğbətlə qarşılanıb. Cənab prezidentin dünya tribunalarında belə qarşılanmasının səbəbi etibarlı tərafdaş olması, qətiyyətli olması, siyasi prinsipləri, multikulturalizmi dünyada yüksək səviyyədə təbliğ etməsidir.
N.Paşinyan dünyada ən yaxşı halda terroru dəstəkləyən, işğalçı siyasət həyata keçirən, Avropada və dünyada dilənçi bir dövlət kimi tanınan, müstəqil siyasəti olmayan bir ölkənin nümayəndəsidir. Paşinyanın təmsil etdiyi dövlətin özünün dünya qarşısında nüfuzu yoxdur. O terroru dəstəkləyən, müharibə və qırğınlar törədən, bir dövlətin nümayəndəsidir. Hazırda Prezident İlham Əliyevlə Paşinyanı müqayisə etmək doğru deyil. Hələ N.Paşinyan öz dövlətində tam şəkildə qəbul olunmur.
Paşinyan hakimiyyətə ac-yalavac insanların qışqır-bağırtısı ilə gəlib. Hətta onun hakimiyyətə gəlməsində dövlət çevrilişinin elementləri də var. Bunu dünya ictimaiyyəti gözəl görüb və yaxşı bilir. Prezident İlham Əliyev dünyada öz siyasəti, çəkisi və hörməti ilə dünya siyasətinə yeni töhfələr verən, yeni-yeni layihələr bəxş edən bir ölkə başçısı kimi tanınır. Cənab prezidentin uğurlu siyasəti və çıxışları ilə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar cənab Prezidentin uzaqgörən siyasəti ilə bağlıdır”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat