Halbuki USM müayinəsi zamanı uşaqların bütün qüsurlarını dəqiqliklə görmək mümkündür
Patologiya ilə doğulan körpələr artır
17:56 09.11.2017
Arxiv
929
Hamilə qadınlar müayinələrə ciddi yanaşmırlar
Halbuki USM müayinəsi zamanı uşaqların bütün qüsurlarını dəqiqliklə görmək mümkündür
Halbuki USM müayinəsi zamanı uşaqların bütün qüsurlarını dəqiqliklə görmək mümkündür
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda unikal əməliyyat həyata keçirilib. Xəstəxanaya gətirilən milyon nəfərdən birində rast gəlinən nadir patologiyalı uşaq görənləri qorxuya salsa da, mütəxəssislərin müdaxiləsi ilə körpə xilas edilib.
Uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus - parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub.
Bundan əlavə, parazitin uraxusu uşağın göbəyinə bitişik olub. Yeni doğulmuş 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.
Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb. Ən maraqlısı odur ki, 4 ayaqlı, 4 əlli körpə dünyaya normal doğuşla gəlib.
Ölkəmizdə demək olar ki, bu patologiyada uşaq doğulmayıb. Problemin nədən qaynaqlandığını söyləmək isə olduqca çətindir. Onu da bildirək ki, bir çox mütəxəssislərin, həkimlərin gileyləndiyi bir məsələ var - qadınların hamiləlik dönəmində müvafiq müayinələrdən keçməməsi. USM müayinəsi zamanı körpənin bədənində əlavə əl və ayağı ayırd eləmək mümkündür. Maraqlıdır, hamiləlik dönəmində ana müayinələrdən keçibmi?
Problemin başvermə səbəbləri ilə bağlı "Şərq”ə danışan həkim-pediatr Vaqif Qarayev bildirib ki, sözügedən hadisə daha çox irsi xəstəliklərlə bağlı ola bilər. Həkimin sözlərinə görə, xüsusən qohum nikahı və hər iki tərəfdə genetik xəstəliyi olan şəxslər hamiləlik dönəmində diqqətli olmalıdırlar:
"Həmçinin yaşı 35-dən yuxarı olanlar, əvvəlki hamiləliyi düşüklə, qanaxma və yüksək təzyiqlə nəticələnənlər növbəti hamiləlikdə məsuliyyətli olmalıdırlar. Hamilə qadınların mütəmadi olaraq müayinələrdən keçməsi olduqca vacibdir.
İndi genetik xəstəlikləri bətndaxili təyin eləmək mümkündür. Mənə bir şey maraqlıdır, o xanım hamilə olan zaman USM müayinəsindən keçməyib? Çünki müayinə olsaydı, bədəndəki əl-ayaq görünərdi. Bəlkə də qadın müayinəyə getməyib. Ona görə də müayinədə davamlı iştirak etmək lazımdır. Yoxsa ciddi problemlərlə qarşılaşmasınlar. Bəzən olur ki, 9 ay hamiləlikdən sonra uşaq çox ciddi qüsurlarla doğulur. İndiki USM müayinəsində bunların hamısını dəqiqliklə görmək mümkündür. Xüsusilə son həftələrdə onu görə bilməyən həkim gərək USM otağında oturmasın. İnanmıram ki, bizim həkimlər belə kobud səhvə yol versinlər. Rayonlarda ola bilər, lakin Bakıda həkimlərin belə məsuliyyətsizlik etməsi inandırıcı gəlmir. Məni narahat edən məsələlərdən biri də odur ki, belə irsi qüsurları olan uşağı hamiləlikdə və ya hamiləlikdən əvvəl heç bir problemi olmayan xanımlar dünyaya gətirir. Belə hallar çox nadir hallarda olur. Ona görə də irsi xəstəlikləri və əvvəlki hamiləlikdə problemi olanlar normal uşaq dünyaya gətirmək istəyirsə, davamlı müayinədən keçməlidir. Müayinələrdən boyun qaçıraraq müxtəlif bəhanələr gətirmək sadəcə olaraq süni bəraətdir. Ana özünün və övladının sağlamlığı üçün məsuliyyətli olmalıdır. Hər dəfə həkimləri günahlandırmaqla olmur, gərək əhalinin də günahını deyək. Məsələni birtərəfli müzakirə eləməklə düzgün nəticəyə gələ bilmərik. Məncə, bu dərəcədə kobud fiziki qüsur ola bilməz ki, bətndaxili təyin olunmasın. Problemin nədən qaynaqlandığını söyləmək çox çətindir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət