"Piter Elçin"in qardaşını öldürən şəxsin işindən YENİ XƏBƏR
09:18 12.04.2018
Arxiv
984
Kriminal aləmdə "Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu qətlə yetirməkdə günahlandırılan Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadənin barəsində olan məhkəmə qərarından verilən protestə baxılıb.
Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə prokurorun verdiyi protest əsasında qərar elan edilib. Qərara görə, Prokurorun protesti təmin edilib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
İttihama görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev Rövşən Lənkəranskinin yaxın adama tərəfindən öldürülüb. Murad Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.
2016-ci il dekabrın 21-də saat 17 radələrində Fariz İsmayılov idarə etdiyi "Volksvagen Jetta” markalı avtomaşında Masallı rayonunun Türkoba kəndində yerləşən "Yağmur market” mağazasının qarşısına gəlib. Daha sonra avtomobildən düşərək, mağazaya girib. Fariz İsmayılovu izləyən Murad Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. Fariz İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib. Tapança-pulemyotdan Fariz İsmayilova fasiləsiz olaraq 24 atəş açıb. Fariz İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Quluzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Murad Quluzadə 14 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib.
Xatırladaq ki, "Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun iki qardaşı kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız "Piter Elçin" kriminal aləmdə söz sahibidir, digər 2 qardaş kriminal davada öldürülüblər.
Xüsusi ilə vurğulamaq lazımdır ki, , "Piter Elçin" və Rövşən Lənkəranski arasında əvvəllər çox yaxın dostluq münasibətləri olub. Sonradan iki kriminal insan arasında münasibətlər pisləşib. Rövşən Lənkəranskinin yaxın adamı olan Amil Quliyevin (Amil Lənkəranskinin) öldürülməsindən sonra düşmən olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya