Politoloq: Paşinyan əlverişli situasiyanın ortaya çıxmasını gözləyir ki...
13:26 22.03.2019
Arxiv
574
Ermənistanın baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” bəyanatı heç bir məntiqə sığmır. Bunu Trend-ə politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin danışıqlar prosesinin formatının dəyişilməz olması ilə bağlı son bəyanatı Ermənistan üçün ciddi siqnaldır: "Bu ondan xəbər verir ki, dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı mövqeyi danışıqlar prosesində Azərbaycanın dəstəklənməsinə yönəlib. Bununla belə, erməni baş nazirin hərəkətdləri onu göstərir ki, o, nəinki siyasətdə diletantdır, həm də bu münaqişənin mahiyyətini başa düşmür. Paşinyan işğal altında olan Dağlıq Qarabağa səfərlər edir, münaqişənin həlli ilə bağlı əsassız bəyanatlar səsləndirir".
F.Sadıxov hesab edir ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatları Ermənistan cəmiyyətində də qıcıq yaradır: "Ermənistanda Paşinyanın özünə münaqişənin nizamlanması üzrə Azərbaycanla aparılan danışıqların nəticələri, onun gələcək planları və münaqişəyə baxışı ilə bağlı çoxsaylı suallar mövcuddur. Paşinyan sabiq prezidentlərin adlarını çəkərək onlardan məsləhət ala biləcəyini bəyan edir. Mən təsəvvür etmirəm: o, həbsdə olan eks-prezident Robert Koçaryanla necə məsləhətləşə bilər?! Bütün bunlar onu sübut edir ki, Paşinyan danışıqlar prosesinə hazır deyil, özünü Azərbaycanla necə aparmaq qaydasını bilmir, nizamlanma prosesi ilə bağlı dəqiq mövqeyə malik deyil".
Politoloq güman edir ki, N.Paşinyanın dolaşıq bəyanatları onun Azərbaycanın işğal altında olan torpaqların qaytarılmasının qaçılmaz olduğunu anlamasından irəli gəlir:
"Paşinyan münaqişənin həllinə ciddi yanaşmalı, xarici siyasətin konturlarını düzgün müəyyən etməli, Azərbaycanla razılığa gəlməlidir. Qollarını çırmalayıb küçələrdə çoxsaylı vədlər verməkdənsə, o, ATƏT-in Minsk qrupunun Madrid, Kazan və digər şəhərlərdə qəbul etdiyi qayda və prinsiplərini nəzərdən keçirməlidir. Paşinyan isə əksinə, münaqişənin həlli ilə bağlı heç bir əməli addım atmır. Buna görə də düşünürəm ki, o, hər hansı bir əlverişli situasiyanın ortaya çıxmasını gözləyir ki, erməni ictimaiyyətinə ümidlər versin. İctimaiyyət isə ondan konkret və real addımlar gözləyir".
F.Sadıxov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyib və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib:
"Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir. Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən əsassız iddiaların axtarılmasına sərf edilən vaxt sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm