Polşada üç həftəlik ümumxalq karantini başlayır
06:28 28.12.2020
Arxiv
426
Polşa Milad tətili bitdikdən sonra ümumxalq karantin rejiminə keçir. Bazar ertəsindən etibarən üç həftə ərzində respublika demək olar ki, tam lokdaun şəraitində yaşayacaq.
Qeyd edək ki, Polşada hökumət tərəfindən mart ayında elan edilən epidemiya rejimi hələ də qüvvədədir. Noyabr ayının əvvəlində hökumət ölkədə qismən karantin tətbiq edilməsinə qərar verib - mədəniyyət müəssisələri, idman kompleksləri bağlanıb, vətəndaşlara evdə qalmaq və uzaqdan işləmək tövsiyə edilib. Ölkədə maska rejimi tətbiq edilib, məktəblilər uzaqdan təhsil alır, restoran, kafe və barlarda yalnız çatdırılma xidmətləri işləyir. Beş nəfərdən çox toplaşmaq qadağandır.
28 dekabr - 17 yanvar tarixlərində ümummilli karantin çərçivəsində mövcud məhdudiyyətlərə əlavə olaraq ərzaq, məişət dükanları və apteklər istisna olmaqla hotellər, xizək kurortları və digər satış müəssisələri bağlanacaq.
Yeni il ərəfəsində Polşa rəhbərliyi 31 dekabr saat 19:00-dan 1 yanvar 06:00-dək insanların hərəkət hüquqlarını məhdudlaşdırmağa qərar verib. Evdən yalnız təcili və ya rəsmi ehtiyac olduqda çıxmağa icazə verilir.
Qeyd edək ki, Polşada bazar günündən etibarən koronavirusa qarşı vaksinasiya başlayıb. “Pfizer”in koronavirus peyvəndinin ilk partiyası təxminən 10 000 dozadan ibarətdir və ilk olaraq tibb işçiləri, sanitariya və epidemioloji stansiyaların işçiləri, onlardan sonra yaşlı qrup daxil olmaqla digər risk qruplarının nümayəndələrinə peyvənd vurulacaq. 15 yanvar tarixindən isə hər kəs peyvənd növbəsinə yazıla bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya