Prezident bu şxəsləri təltif etdi - SİYAHI




Prezident İlham Əliyev Kamran Qılman oğlu Nəzərova fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Sherg.az"ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə K.Nəzərova "Əməkdar mühəndis” fəxri adı verilib.


Prezidentin növbəti sərəncamı ilə Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif ediliblər:

İsgəndərov Hümbət Rafiq oğlu

Qasımov Etibar Vilayət oğlu

Məmmədov Füzuli Ziyad oğlu

Səfərov Bəhlul Novruz oğlu.