Prezident İlham Əliyev də "Sofiya"ya Azərbaycanda, məhz İmişlidə olduğu üçün, həmçinin ölkəmizlə bağlı xoş fikirlər səsləndirdiyinə görə təşəkkür edib: "Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız".
Prezident İlham Əliyev "Sofiya" ilə həmsöhbət olub - Foto+Video
14:16 23.10.2018
Arxiv
518
"Sofiya" daha sonra Prezident İlham Əliyevlə Azərbaycanın milli brendi olan "ASAN xidmət" barəsində fikir mübadiləsi aparıb, sonda Prezidentə təşəkkür edib
Prezident İlham Əliyev də "Sofiya"ya Azərbaycanda, məhz İmişlidə olduğu üçün, həmçinin ölkəmizlə bağlı xoş fikirlər səsləndirdiyinə görə təşəkkür edib: "Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişliyə səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Prezident mərkəzdə innovativ yeniliklərlə tanış olub. Həmçinin dünyada ilk süni intellektli humanoid robot olun "Sofiya" ilə söhbət edib.
Azərbaycan dilini yeni öyrənən "Sofiya" İlham ƏIiyevlə ingilis dilində danışıb. O, Azərbaycanda olmasına görə şad olduğunu bildirib: "Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir".
Prezident İlham Əliyev də "Sofiya"ya Azərbaycanda, məhz İmişlidə olduğu üçün, həmçinin ölkəmizlə bağlı xoş fikirlər səsləndirdiyinə görə təşəkkür edib: "Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız"."Sofiya" daha sonra Prezident İlham Əliyevlə Azərbaycanın milli brendi olan "ASAN xidmət" barəsində fikir mübadiləsi aparıb, sonda Prezidentə təşəkkür edib.
Qeyd edək ki, "Sofiya" 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə