Prezident İmişlidə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib




Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.