Prezident ipəkçiliyin inkişafı ilə bağlı sərəncam imzaladı




Prezident İlham Əliyev oktyabrın 6-da İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Sherg.az"ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, tut tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 1 ,05 milyon manat pul ayrılıb.