Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək





Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün 115 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. 

Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.