Prezident tam haqlıdır:"Strateji obyektlərdə elə intellektual sistemlər qurulmalıdır ki..."
12:19 05.07.2018
Arxiv
803
"Strateji əhəmiyyətli obyektlərdə, enerji, su təchizatını həyata keçirən stansiyalarda və digər müəssisələrdə qəzalar baş verdikdə böyük faciələrə, bütün ölkəni əhatə edəcək gərginliyə səbəb olmamaldır”.
Bunu "Sherg.az”a strateji əhəmiyyətli obyektlərin enerji təchizatında yarana biləcək problemləri aradan qaldırmaq üçün generatorların quraşdırılmasından danışarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib.
Onun sözlərinə görə, baş verən qəzalar lokallaşdırılmalı, vəiyyətdən çıxış yolları olmalıdır:
"Mingəçevir İES kimi əhəmiyyətli obyektlərdə həm qəzaların lokallaşdırılması üçün, həm də zərərin minimuma endirilməsini təmin etmək məqsədilə bir neçə həll variantı olmalıdır. Alternativ seçimlərin həmişə işlək qalması vacibdir.
Ötən gün keçirilən müşavirədə Prezident İlham Əliyev səsləndirdiyi iradlarda tam haqlıdır. Elə intellektual sistemlər qurulmalıdır ki, qəza baş verdikdə, hansısa xətt sıradan çıxdıqda digəri işə düşsün. Müvəqqəti də olsa, alternativ xətlər avtomatik fəaliyyətə başlamalıdır. Mingəçevir İES-dəki qəzanın səbəblərini aradan qaldırmaq üçün yaradılan komissiya bu məsələləri yoluna qoyacaq. Bütün sahələr üzrə fövqəladə vəziyyətlərdə işə düşəcək təkliflər hazırlanacaq”.
O.Gündüzün fikrincə, baş verənlər göstərir ki, hər bir texnoloji sistemin qurulması innovasiyalara söykənir:
"Hansı sahə olur, olsun, intellektual, avtomatik idarə edilməsini təmin etmək şərtdir. Belə hallarda qəzaların dəqiq səbəbləri, onların yaratdığı nəticələrin operativ şəkildə aradan qaldırılması həyata keçirilə bilər. Son hadisələr göstərir ki, Mingəçevir İES-in idarə olunmasında intellektual, avtomatik sistem qurulmayıb. Hesab edirəm ki, bütün bunlar Prezident İlham Əliyevin tapşırığı əsasında yaradılan Fövqəladə Dövlət Komissiyasının tədbirlər planında öz əksini tapacaq”.
Qeyd edək ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Bundan sonra ölkə ərazisində elektrik enerjisinin təmin olunmasında problemlər yaranıb.
Baş verən hadisələrlə bağlı ötən gün Prezident İlham Əliyev müşavirə keçirib. Ölkə başçısı qeyd edib ki, strateji obyektlərdə generatorlar quraşdırılmalıdır:
"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Metropolitendə generatorların olmaması çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat