Prezident Tərlan Qorçunu təltif etdi





Prezident İlham Əliyev Tərlan Qorçuya "Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya "Əməkdar incəsənət xadimi” fəxri adı verilib.