Prezidentin İrana rəsmi səfəri başa çatdı




Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.

APA-nın məlumatına görə, Tehranın "Mehrabad” hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.