
Problemli kreditlərinin həlli ilə bağlı iş yaxşı təşkil olundu
09:21 04.06.2019
Arxiv
1742
Kompensasiyaların ödənilməsi ilə bağlı problemlər yaranmadıMüddətin uzadılması vəziyyətdən çıxış üçün ən optimal qərar ola bilər
Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası uğurla başa çatdırılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər edilib. Bu da cəmi ayrılmış məbləğin 91,4 faizini təşkil edir.
Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək.
İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilmiş, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.
Bütövlükdə fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinib və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses cari ilin sonunadək davam edəcək.

"Şərq”ə açıqlama verən iqtisadçı Natiq Cəfərli ümumilikdə prosesin yaxşı təşkil edildiyi qənaətindədir. O, müəyyən nöqsanların da mövcud olduğunu qeyd edib: "
Kompensasiyaların ödənilməsi ilə bağlı problemlər yaranmadı. İş yaxşı təşkil olunmuşdu. Lakin yeganə əsas problem növbələrlə bağlı idi. Banklar iş rejiminə əsasən prosesi çatdıra bilmirdi. İnsanların sayı həddindən artıq çox idi. Vətəndaşlar tez-tez və ya bir neçə dəfə gedib-gəlməyə məcbur olurdular”.
Mediada məsələnin işıqlandırılmasının zəif və qaneedici olmadığını deyən iqtisadçı bildirib ki, internet üzərindən vətəndaşın borcları haqda məlumatların yerləşdirilməsi barədə bilgilər az paylaşılmışdı. Buna görə də vətəndaşların çoxu prosesin gedişatından xəbərsiz idi: "Sosial reklamlar zəif idi. Televiziya və radiolarda bununla bağlı çoxlu məlumatlar olmalı idi. Bu baş vermədi. Bu kimi nöqsanları nəzərə almasaq, ümumilikdə kifayət qədər yaxşı təşkil olunmuş bir proses oldu”.
Ekspert həmçinin qeyd edib ki, qərarda müddət konkret olaraq göstərilibsə, bundan sonra həmin vətəndaşların kompensasiya alması məsələsi problemə çevriləcək. Yəni istənilən vaxt müraciət etməklə kompensasiyanın alınması o qədər də asan deyil:
"Vətəndaş məcbur olacaq ki, məhkəmələrə müraciət etsin. Məhkəmə qərarına əsasən hesablamaların doğru aparılması ilə bağlı iradlar nəzərə alınmaqla, müxtəlif prosedur qaydalarının pozuntuları aşkar olunarsa, məhkəmə qərarı ilə həmin kompensasiyaların ödənilməsi banklara tapşırıla bilər və yaxud da banklar qarşısında iddia qaldırıla bilər. Bu isə vətəndaşın əlavə vaxt və enerji itkisinə səbəb olacaq. Ona görə, düşünürəm ki, müddətin ən azı sentyabrın birinə qədər, yəni yay mövsümünün sonuna qədər uzadılması vəziyyətdən çıxış üçün ən optimal qərar ola bilər”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol