Professordan AMEA-ya TƏKLİF: "Vakant yerlərə gənc alimlər seçilsin"




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəasət Heyəti bəzi ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər elan edilib.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, seçkilər nəticəsində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə Fizika ixtisasına 1 müxbir üzv, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Aqrar elmlər ixtisasına 1 müxbir üzv, İctimai Elmlər Bölməsi üzrə Şərqşünaslıq ixtisasına 1 həqiqi üzv, İqtisadiyyat ixtisasına 1 müxbir üzv seçiləcək.

Vakant yerlərin az olduğunu söyləyən professor Şahlar Əsgərov Sherg.az-a bunları deyib:" 

Hər halda seçimdi. 2-3 nəfər seçəcəklər. Bu da, bir işdir. Bir neçə nəfəri fərqləndirirlər, əmək haqlarını artırırlar. Vakant yerlərin sayı çox olsa, lap yaxşı olardı. Arzu edirəm ki, burada gənc alimlər seçilsin ki, akademiyaya 20-30 il xidmət göstərə bilsinlər. Bir də görürsən 70 yaşında bir adamı seçirlər, o da, bir ildən sonra dünyasını dəyişir. Buna yol vermək olmaz. Gənc adamlar seçilməlidir".

Ayyət Əhməd