“Koronavirusun “Delta” növü haqqında məlumatların yayılması insanlarda narahatlıq hissinin yaranmasına səbəb olur. Son zamanlar karantin şərtlərinin yumşaldılması insanların bir yerə toplaşmasına, birlikdə əylənməsinə, uzaq məsafədə yaşayan yaxınların görüşməsinə şərait yaratmışdır. Bu rahatlığın ardından yenidən belə bir virusun yaranması, yayılması bizdə çaşğınlıq və narahatlıq doğurur. Həmçinin virusun yaranması gələcəkdə sərt karantin qaydalarının bərpa olunması ehtimalını da istisna etmir. Əlbəttə, vətəndaşlar bunun fərqindədirlər. Əslində narahatlıq insanı onu təhdid edən hadisələr haqqında məlumat verən, özünü müdafiə üçün tədbirlər görməyə təşviq edən normal hissdir. Ancaq bu hiss uzun müddət davam edərsə və kəskin stress halına keçərsə, insanın ilk əvvəl düşünmə qabiliyyətinin itirməsinə, qısamüddətli yaddaşın pozulmasına və sonda beynimizin digər funksiyalarının pozulmasına səbəb olur. Bu baxımdan narahatlıq hissinin uzun müddət davam etməməsi üçün əvvəl virus haqqında olan yalnız doğru informasiyaları oxumalı, öz fiziki sağlamlığımızı necə qoruyacağımızı bilməli, psixoloji sağlamlığımızı müdafiə etmək üçün lazımi tədbirləri görməliyik”.
Psixologiyamızı virus kabusundan necə qorumalıyıq?: “Ən effektli yollardan biri...”- İzah
Banuçiçək Kalbalıyeva
09:25 06.07.2021
Arxiv
761
Dünyada və ölkədə vaksinləşmə prosesinin sürətlə davam etməsi koronavirus kabusundan tezliklə qurtulmağımızla bağlı ümidlərimizi artırırdı. Yaxın zamanda əvvəlki, darıxdığıməız həyata qayıda biləcəyimizə görə sevinirikdik. Amma sevincimiz yarım qaldı... Hansısa transmilli media orqanlarından birinin COVİD-19-un “Delta” ştammı barədə yaydığı informasiya sürətlə bütün planetdə əks-səda yaratdı. Və virus özü gəlməmiş qorxusu gəldi.
Əlbəttə, bu dövrdə insanların aqressivləşməsi, səbrsiz davranışları heç də təsadüfi deyil. Bu, xeyli dərəcədə məhz koronavirusun psixoloji təsirləri ilə əlaqədardır.
Psixoloq Aynur İskəndərova “Sherg.az”a açıqlamasında hazırkı durumun şüurumuza mənfi təsirindən danışdı:
“Koronavirusun “Delta” növü haqqında məlumatların yayılması insanlarda narahatlıq hissinin yaranmasına səbəb olur. Son zamanlar karantin şərtlərinin yumşaldılması insanların bir yerə toplaşmasına, birlikdə əylənməsinə, uzaq məsafədə yaşayan yaxınların görüşməsinə şərait yaratmışdır. Bu rahatlığın ardından yenidən belə bir virusun yaranması, yayılması bizdə çaşğınlıq və narahatlıq doğurur. Həmçinin virusun yaranması gələcəkdə sərt karantin qaydalarının bərpa olunması ehtimalını da istisna etmir. Əlbəttə, vətəndaşlar bunun fərqindədirlər. Əslində narahatlıq insanı onu təhdid edən hadisələr haqqında məlumat verən, özünü müdafiə üçün tədbirlər görməyə təşviq edən normal hissdir. Ancaq bu hiss uzun müddət davam edərsə və kəskin stress halına keçərsə, insanın ilk əvvəl düşünmə qabiliyyətinin itirməsinə, qısamüddətli yaddaşın pozulmasına və sonda beynimizin digər funksiyalarının pozulmasına səbəb olur. Bu baxımdan narahatlıq hissinin uzun müddət davam etməməsi üçün əvvəl virus haqqında olan yalnız doğru informasiyaları oxumalı, öz fiziki sağlamlığımızı necə qoruyacağımızı bilməli, psixoloji sağlamlığımızı müdafiə etmək üçün lazımi tədbirləri görməliyik”.
O, həmçinin çıxış yolunu da göstərdi:
“Dediyim kimi, psixoloji sağlamlığımızı müdafiə etməkdən ötrü özümüzü yalnış, doğru olmayan informasiyalardan qorumalıyıq. Habelə həddindən artıq narahatlıq hissindən qurtulmaq üçün müsbət emosiya yaradacaq fəaliyyətlərlə məşğul olmalı, sosial münasibətlərimizi və əmək fəalliyyətimizi mövcud şəraitə uyğunlaşdıraraq davam etdirməliyik. Narahatlıq hissinin bizə göstərdiyi mənfi təsiri aradan qaldırmaq naminə ən effektli yollardan biri musiqi sədaları altında rəqs etməkdir. Bunu uşaqlarla birlikdə etmək onların da emosional sferasına müsbət təsir göstərər. Çünki aparılan tədqiqatlar nəticəsində musiqi sədaları altında oynayan uşaqların koqnitiv bacarıqlarının artdığı müşahidə olunub. “Delta” virusunun simptomlarına uşaqlarda daha tez rast gəlindiyi məlumdur. Odur ki, övladlarımıza müəyyən oyunlar, şəkillər vasitəsilə vəziyyəti izah etməliyik. Beləliklə, uşaqlarda xəstəlik fobiyası kimi pozğunluğun yaranma ehtimalını azaltmış olarıq. Bir sözlə, virusa məğlub olmamaq üçün fiziki, psixoloji sağlamlığımızı, sosial rifahımızı daim qorumalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm