Psixoloq analara SƏSLƏNDİ: "Paltar alıb, parka aparmaq övlad yetişdirmək yox, böyütməkdir !
12:33 16.03.2018
Arxiv
775
Fərqanə Mehmanqızı:"Bəzi analar uşaqlara basqılar edirlər. “Sakit otur, işimi görüm, yeməyimi bişirim, sosial şəbəkədə rahat gəzim”, “sakit otur, başım ağrıdı” kimi ifadələr uşaqları “bədbəxt" edir"
"Körpələrin danışığının gec formalaşmasının səbəbi ünsiyyət problemi yaşamalarıdır”.
Bu barədə "Sherg.az”a psixoloq Fərqanə Mehmanqızı danışıb.
O deyib ki, valideynlər telefonu, planşeti övladına verib, sakitləşdirməməlidir:
"Uşaqlara basqılar edirlər. "Sakit otur, işimi görüm, yeməyimi bişirim, sosial şəbəkədə rahat gəzim”, "sakit otur, başım ağrıdı” kimi ifadələr uşaqları "bədbəxt" edir. Çünki uşaqlarda pedaqoji baxımsızlıq həddindən artıqdır. Ölkəmizdə uşaqların 80 faizi bundan əziyyət çəkir. Ananı danışdırsan, tamam əksini deyir. Uşağa pal-paltar almaq, parkda gəzdirmək, oyuncaqlarla təmin etmək kimi vəzifələr övlad yetişdirmək deyil, böyütməkdir. Uşaq yetişdirmək onunla məşğul olmaqdır, yanında olmaqdır.
Baxırsan ki, anadır, baxımlı qadındır, ağıllı-ağıllı danışır, amma övladında pedaqoji baxımsızlıq var. Valideyn uşaqla məşğul olmur. Uşaqla danışmaq, ünsiyyət qurmaq lazımdır, gününü müzakirə etmək, nağıllar, kitablar oxumaq vacibdir. Balacalara nə ötürürsən, onu mənimsəyir. Analar var, övladı səhər oyanır, yeməkdən sonra əlinə telefonu, planşeti verir, cizgi filmi qoyur, özü isə uşaqdan başqa hər işlə məşğul olur. İşləyən analar övladı ilə daha çox məşğul olur, nəinki evdar olanlar.
Qadınlar ana olmaq məsuliyyətini dərk etmədən ana olurlar. Ailə quran kimi övlad dünyaya gətirən analar var. Ona görə, uşaqlarda problemlər də artır. Nitq problemi bir müddət sonra uşaqda kompleks yaradır, öz fikrini ifadə edə bilməmək, aqressivlik, özgüvənsizlik, assosiallıq kimi nəticələr yaradır. Gələcəkdə yaşanan daha böyük fəsadların təməli uşaq yaşlarda qoyulur”.
Qeyd edək ki, son vaxtlar valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri uşaqların nitqinin gec formalaşmasıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm