"Pul dilənməklə ölkə idarə etmək olmur, bunu Paşinyan da bilməlidir, erməni xalqı da"

"Xarici ianələrlə hara qədər dolanacaqlar. Hər hansı bir xalqın, ölkənin, dövlətin müstəqil, xalq, ölkə və dövlət kimi formalaşması üçün onun liberal və dayanıqlı iqtisadiyyatı olmalıdır. Ermənistanda isə bu yoxdur"



Çoxsaylı yalvar-yaxarlardan sonra Paşinyan Avropadan 3 milyon avro qopara bilib. Belə ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqının (Aİ) xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olublar. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib. Maraqlı məqam odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırıb. 

Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə salıb.. Axı Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışıb. Buna rəğmən 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin anti-demokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını irəli sürüb.. Görəsən Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarksyan hökuməti ilə əlbir olduğunu demək istəyirdi?

Məlum olur ki, küçələrin hay-küyçüsü Paşinyan özü hələ ilk günlərdən Avropadan pul dilənməyə başlayıb. NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları "dilənçi guşəsinə” çevirməklə Avropalı dövlət başçılarından mədəd uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər. 

Məhz ona görə də, Aİ Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaldıb. Görünür, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır.

Aİ-nin Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına münasibət bildirən millət vəklili Asim Mollazadə"Sherg.az"a bildirib ki, hansısa bir xalq, dövlət, ölkə, hakimiyyət ondan-bundan pul dilənməklə inkişaf edə bilməz, bu, mümkün deyil:

"Ermənistanın bir dövlət kimi mövcudluğu sual alıtndadır. İşğalçı ölkənin yeganə xilas yolu işğal etdiyi Azərbaycan torpaqlarından qeyd -şərtsiz çıxmaqdan keçir. Ermənistan nəinki Aİ-dən o, Amerika, Rusiya və başqa ölkələrdən, təşkilatlardan pul dilənməklə, ianələr toplamaqla dolanır. Bu formada ölkə, xalq idarə etmək, xalqın sosial şəraitini, rifah halını yaxşılaşdırmaq mümkünsüzdür. Bunu Paşinyan da bilməlidir,erməni xalqı da. Ermənistanın müstəqil dövlət kimi inkişafı ancaq o zaman mümkün ola bilər ki, o, sülhə gəlib, işçğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. 

Əks halda bu ölkə daha da dilənçi vəziyyətə düşəcək ki, bununla da dövlətini, xalqını qoruya bilməyəcək. Baxın, təkcə bu il Ermənistanı 10 min 400 erməni tərk edib. Bütün bunlar onu göstərir ki, separatçı ölkənin iqtisadiyyatı iflic durumdadır.

 Xalq səfalət içərisində boğulur. Amma bu ölkədə hakimiyyətə gələnlər bütün bunları nəzərə almadan işğalçı siyasətilərini davam etdirirlər. Paşinyan anlamalıdır ki, vəziyyəti uzun müddət belə davam etdirmək mümkün olmayacaq. Xarici ianələrlə hara qədər dolanacaqlar. Hər hansı bir xalqın, ölkənin, dövlətin müstəqil, xalq, ölkə və dövlət kimi formalaşması üçün onun liberal və dayanıqlı iqtisadiyyatı olmalıdır. Ermənistanda isə bu yoxdur. İqtisadiyyatı iflic durumda olan ölkə heç zaman müstəqil siyasət yürüdə bilməz və belə dövlətin sonu yoxdur".

Ayyət Əhməd