Putin 5 azərbaycanlıya vətəndaşlıq verdi




Rusiya prezidenti Vladimir Putin 77 əcnəbiyə vətəndaşlıq verilməsi barədə sərəncam imzalayıb.

Onların arasında 5 azərbaycanlı da var.

Rusiya vətəndaşlığı alanlar arasında 15 erməni, 15 özbək, 8 əfqan, 7 tacik və 5 nəfər moldovan da var. Mənşəcə amerikalı olan jurnalist Tim Krebi də rus pasportu alanlar sırasındadır. (modern.az)