"Putinin saytı yüzlərlə haker hücumuna məruz qalır"




Rusiya prezidenti Vladimir Putinin saytı gün ərzində yüzlərlə haker hücumuna məruz qalır.

İKT.lent.az-ın NBC-yə istinadən xəbərinə görə, bu bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

O bildirib ki, hücumlar əsasən ABŞ, Çin, Hindistan və Avropa ölkələrindən həyata keçirilir. Bütün bunlara baxmayaraq, rəsmi Moskva adı çəkilən ölkələrin rəhbərliyini kiberhücumların təşkilində ittiham etmir.