Qadın Liderliyi Uğrunda İctimai Birliyi yazı müsabiqəsinin nəticələrini açıqladı

“Şərq” qəzetinin əməkdaşı Yeganə Bayramova da mükafatçılar sırasındadır


Qadın Liderliyi Uğrunda İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən müsabiqənin nəticələrini açıqlayıb.

Qeyd edək ki, müsabiqəyə 22 məqalə təqdim edilib və qiymətləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə məqalələrin müsabiqə şərtlərinə uyğunluğu araşdırılıb. Şərtlərə uyğun gəlməyən məqalələr ekspert qiymətləndirməsinə buraxılmayıb. 

Ekspert qiymətləndirməsində müsabiqədə şərtlərə tam ya da qismən uyğun gələn 9 məqalə iştirak edib. Qiymətləndirməsi 10 ballıq sistem üzrə aparılıb. 

Toplanmış ən çox bal ardıcıllığına uyğun olara 1 məqalə 1-ci, 1 məqalə 2-ci, 3 məqalə isə 3-cü yerə layiq görülüb. 

"Şərq” qəzetinin əməkdaşı Yeganə Bayramova da mükafatçılar sırasındadır.