"Qadınların intihar etməsində sosial şəbəkələrin rolu böyükdür" - Dəhşətli nəticə
19:58 09.11.2017
Arxiv
641
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirib.
Layihə çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif rayonlarında müvafiq qadın qrupları ilə görüşlər keçirilib, ölkə qadınlarının ümumi problemləri, sosial-psixoloji vəziyyəti araşdırılıb, qadınlarla öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər barədə söhbətlər aparılıb və onlara motivasiya nitqləri söylənilib. Eyni zamanda "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib. Qaliblər pul və diplomla mükafatlandırılıb.
Tədbirdə müxtəlif rayonlarda keçirilən monitorinqlərin nəticələri açıqlanıb. Bildirilib ki, qadınların intihar etməsində sosial şəbəkələrin xüsusən rolu var. Yəni, burada münasibət quran, daha sonra şantaj olunan qadın intihara əl atır. İntiharlarda uğursuz sevgi münasibətlərinin də xüsusi çəkisi var. 17 belə gənc qadın uğursuz sevgi yaşadığı üçün ötən il həyatına qəsd etmək istəyib. Ailə həyatı qurmayan 3 qadın intihara cəhd edib ki, onlardan da 1-i ölümlə nəticələnib.
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, övladsızlıq, sonsuzluq problemi ilə əlaqədar olaraq intihara cəhd edən qadınlar olub. Onun sözlərinə görə, bu hallar daha çox cənub bölgəsində yaşanıb. Bundan başqa övlad acısı yaşayan qadınlar da intihara cəhd ediblər. Ü.Abdullayevanın sözlərinə görə, intiharların 90 faizi qısqanclıq zəmnində baş verib. Bundan başqa, qadınların evsizliyi də intiharlara səbəb olan amillər sırasında olub.
Ü.Abdullayevanın sözlərinə görə, müəyyən psixoloji dönəmlər var ki, xüsusən həmin vaxtda qadının daha çox dəstəyə ehtiyacı var: "Hamiləlik zamanı qadınlar daha həssas olur. Lakin təəssüfləndirici haldır ki, bu gün Azərbaycanda intihar etmək istəyənlər arasında hamilələr də var”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət