“Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda beynəlxalq konfrans...
12:50 25.05.2021
Arxiv
958
AMEA Tarix institutu, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçiriləcəkdir.
İnstitutun mətbuat xidmətindən “Sherg.az”a verilən məlumata görə, konfransda Azərbaycandan və dünyanın səkkiz ölkəsindən Albaniyanın tarixi, dini və memarlığına dair məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.
Konfransda xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professor, dilçi, yazıçı Jost Gippert (Almaniya) “Qafqaz Albanlarının ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Albaniyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, professor Jil Utye (Fransa) “Udin-Alban dili ilə qohum dillər arasındakı fərqlər və oxşarlıqlar”, İvan Cavaxişvili adına Tiflis Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları” , memar, Trento Universitetinin müəllimi, (İtaliya) Paolo Zammatteo “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi” və s. mövzular ilə çıxış edəcəkdir.
Konfransda Azərbaycanı Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov (“Albanşünaslığın tarixi: xronoloji-problem təhlili”), Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (“Qarabağ - qədim Azərbaycan torpağıdır”), Alban-Udin Xristian İcmasının sədri Robert Mobili (“Alban-Udin dini icması Azərbaycanda Alban (Qafqaz) kilsəsinin mirası kimi”), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Azərbaycanın Tərtər bölgəsinin alban tarixi və mədəni iris”), Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva (“Müqəddəs Yeliseyin Qafqaz Albaniyasındakı son dayanacağı: Zərqun Vadisi (miflər və həqiqətlər))” və ölkənin elmi mərkəzlərində çalışan alimlər təmsil edəcəkdir.
Konfrans Qafqaz Albaniyası haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasına böyük töhvə verəcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat