Qafqaz İslam Ordusunun yaranmasının 100-cü il dönümü... -Anadolu agentliyi yazır






Ankara Azərbaycanın paytaxtı Bakını erməni silahlıları və bolşevik birləşmələrindən xilas edən Qafqaz İslam Ordusunun quruluşunun 100-cü il dönümü münaisbətilə Türkiyə və Azərbaycanda eyni anda bir serial təqdimatı reallaşdırılacaq.

"Sherg.az" "Anadolu Agentliyə istinadən xəbər verir ki,  Qafqaz İslam Ordusunun quruluş il dönümü səbəbindən iki ölkədə eyni anda tədbirlər təşkil edilməsi qərarı, prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə, keçən ilin oktyabr ayında baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı yığıncağında imzalanan ortaq məlumatda da əks olunub.

Türkiyə Xarici İşlər Nazirliyində əlaqədar təşkilat və quruluş nümayəndələrinin iştirakıyla təşkil edilən yığıncaqda isə Türkiyə və Azərbaycandakı birgə  fəaliyyətlə bağlı təkliflər dilə gətirilib.
Qafqaz İslam Ordusu, Osmanlı Dövlətinin Hərbiyə Naziri Ənvər Paşanın təlimatıyla quruldu və Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində döyüş idi. Azərbaycan Respublikasının və Dağıstanın Osmanlıdan yardım tələb etməsi üzərinə Nuri Paşa (Killigil) əmrindəki Qafqaz İslam Ordusu, Azərbaycana doğru səfərə çıxdı.

Gəncəyə 25 May 1918-ci ildə çatan Qafqaz İslam Ordusundakı əsgər sayı, Azərbaycan kolordusundan edilən min nəfərlik dəstəklə 12 minə çatdı. Göyçay, Salyan, Ağsu və Kürdəmir də bolşevik birlikləri və Erməni birləşmələrini təmizləyən Qafqaz İslam Ordusu, Bakını 15 sentyabr 1918-ci ildə qurtardı.

Qafqaz İslam Ordusu, Bakının qurtuluşu üçün verdiyi mübarizə əsnasında 1130 şəhid verdi.
Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala və Qubada Qafqaz İslam Ordusu şəhidlərinin abidə məzarları var.