Qalmaqallı tarix dərsliyinə Qarabağ qazisindən sərt REAKSİYA: "Bu səhv təsadüf deyil"

Firudin Məmmədov: "Ermənilərin Azərbaycan təhsil sisteminə “uzatdığı əldir”. Əslində xəyanətdir və xüsusi xidmət orqanları bunu araşdırmalıdır"



"Tarix dərsliyində "Böyük Ermənistan” xəritəsinin yerləşdirilməsi təxribatdır”.

Bunu "Sherg.az”a Vətən Müharibəsi Əlilləri ictimai Birliyinin sədri Firudin Məmmədov deyib. O bildirib ki, bu səhv təsadüf deyil.

"Konkret olaraq ermənilərin Azərbaycan təhsil sisteminə "uzatdığı əldir”. Əslində xəyanətdir və xüsusi xidmət orqanları bunu araşdırmalıdır. Bu xəritə müxtəlif komissiyalardan keçən dərslikdir. Ona görə, konkret təxribatın nəticəsi kimi ortaya çıxdı. Nəticədə bunun hansı kanal vasitəsilə təhsilimizə daxil olması barədə ictimaiyyətə məlumat verilməlidir”.

Qeyd edək ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif "Всеобщая история” ("Ümumi tarix”) dərsliyi ilə bağlı qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin düzgün təsvir olunmamasıdır. Xəritədə yanlış olaraq uydurma "Böyük Ermənistan"ın ərazisi təsvir olunub, Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqları qondarma dövlətin ərazilərinə daxil edilib.

Aysel Aslan