“Qanunsuz evlərin tikilməsi icra başçılarının məsuliyyətsizliyinin nəticəsidir”
20:41 01.11.2016
Arxiv
485
“Bu orqanın razılığı olmadan ərazidə hər hansı tikili aparmaq mümkün deyil”
Badamdar qəsəbəsindəki 6 hektarlıq ərazidə çəkilən hasarlar, ekskavator vasitəsi ilə sökülür. Buna səbəb həmin ərazidə tikintinin qanunsuz formada aparılmasıdır. Ərazidə çoxlu sayda yaşayış evləri də tikilib ki, onların da bəzilərinin sahiblərinə sənədlərinin saxta olduğu bildirilib.
Sakinlərin sözlərinə görə isə həmin ərazidə qeyri-qanuni tikintinin aparılması mümkün deyil. Çünki icra hakimiyyətinin əməkdaşları mütəmadi olaraq əraziyə nəzarət edir. Buradakı tikintilərin əksəriyyəti də bələdiyyə sənədi ilə aparılıb.
Səbael Rayon İcra Hakimiyyətinin sektor müdiri Metin Hüseynov isə açıqlamasında deyib ki, belə qanunsuz tikintilər əvvəlki rəhbərliyin dövründə aparılıb və həmin ərazilərdə yoxlamanın aparılmasına yeni qərar verilib.
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə deyib ki, qanunsuz evlərin tikilməsi icra başçılarının məsuliyyətsizliyinin nəticəsidir: "Hər hansı bir ərazidə tikintinin həyata keçirilməsinə yerli icra hakimiyyəti nəzarət edir. Bu orqanın razılığı olmadan ərazidə hər hansı tikili aparmaq mümkün deyil. Sözügedən ərazidə qanunsuz tikililər varsa, deməli müvafiq icra hakimiyyəti diqqət yetirməyib. Yəni ortada ya səhlənkarlıq, ya da səlahiyyətlərdən sui-istifadə halları var. Tikinti bir gecənin işi deyil axı aidiyyəti qurumun xəbəri olmasın. Bu proses aylarla, bəzən də illərlə davam edir. Heç bir vətəndaş icra nümayəndəliyindən razılıq almadan iki daşı üst-üstə qoymaz. Deməli, indi qanunsuz hesab edilən tikililərin hamısına razılıq elə icra hakimiyyətinin özündən alınıb”.
Ə.Nuriyevin sözlərinə görə, evlərin sökülməsi, əhalinin əşyalarının çölə atılmasına, istənilən texniki işin icrası üçün məhkəmə qərarı olmalıdır. Evi sökülən vətəndaş məhkəmənin qərarını tələb etməlidir, əraziyə cəlb olunmuş polislər də. Məhkəmə qərarı yoxdursa, evin sökülməsi qanunsuzdur. İndi vəziyyət elədir ki, qeydiyyatsız evlərin sökülməsi zamanı bəzən sui-istifadə hallarına da yol verilir. Məhkəmələr ciddi araşdırma aparmadan evin sökülməsi qərarını çıxarır. 50 il əvvəl tikilmiş evi sökürlər. Halbuki hüquq-mühafizə orqanları qanunsuz tikili ucaldılarkən buna imkan verməməlidir. Amma bizdə tərsinədir. Ev tikilir, içində illərlə yaşayırlar, ertəsi gün isə gəlib deyirlər ki, qanunsuz yaşayırsınız. Vətəndaşlar belə hallarda öz mülkiyyət hüquqlarını sonadək müdafiə etməlidir. Bütün dünyada vətəndaşın mülkiyyət hüququ toxunulmaz hesab edilir. Bizdə də beynəlxalq hüquq normalarına riayət edilməlidir. Yəni vətəndaşlar bu məsələdə Avropa Məhkəməsinədək gedib çıxa bilər və bütün hallarda məhkəmə onların xeyrinə qərar çıxaracaq.
Əgər obyekt və ya ev milli təhlükəsizliklə bağlı məsələlərdə, müdafiə qurğularının tikilməsinə görə və yaxud da kommunikasiya şəbəkəsinin ərazisinə düşürsə belə, həmin torpaq sahələri dövlət tərəfindən vətəndaşlardan alına bilər. Bu zaman da, şübhəsiz ki, ədalətli kompensasiya hüququ təmin edilməlidir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, heç bir halda vətəndaşlar müvafiq icra hakimiyyətlərinin səhlənkarlığının cəzasını çəkməməlidir. "Əvvəlki rəhbərlik elə edib, biz də belə edirik deməklə iş bitmir. Biz hüquqi dövlətdə yaşayırıq və hər bir məmur da qanunlara riayət etmək məcburiyyətindədir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə