" "Qara bazar” varsa, buna şərait yaradan da var"- ŞƏRH




"Qara bazar”a daxil olan ABŞ dollarlarının əsas hissəsi kommersiya banklarından gəlir.

Bunu Sherg.az-a millət vəkili Elmira Axundovanın valyutadəyişmə məntəqələrinin bərpa edilməsi təklifinə münasibət bildirərkən "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı deyib. 

Ekspertin sözlərinə görə, "qara bazar” varsa, deməli buna şərait yaradan da var: "”Qara bazara”a valyuta müəyyən, idarə olunan dairədən gəlir. Buna görə də valyuta möhtəkirlərinə qarşı mübarizə də yoxdur. Bankların bir çoxu valyuta alsa da, satış həyata keçirmir. Alınan valyuta "qara bazar”a axır. Hüquq-mühafizə orqanları buan diqqəti artırmalıdır. Bu ticarətdə yaxşı qazanc olduğuna görə, buna müdaxilə etmək də sərf etmir. Valyuta ticarətində rəsmi satış marjası onsuz da yüksəkdir. Möhtəkirlər isə daha artıq qazanc xatirinə bu işdə bank vəsaitlərindən istifadə edirlər. Bu, mənim ehtimalımdır”.

Qeyd edək ki, Milli Məclisin büdcə müzakirələri zamanı xanım millət vəkili Elmira Axundova valyuta dəyişmə məntəqələrinin bağlanması ilə "qara bazar”ın aktivləşdiyini deyib. Xanım deputat valyutadəyişmə məntəqələrinin bərpa olunmasını təklif edib.

Aysel Aslan