Qarabağ əlili "Naz Lifan"la çaya düşdü
09:25 21.03.2018
Arxiv
1165
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nn yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Şəhərin Cavanşir küçəsinin sakini olan ikinci qrup Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Kəbirov Seymur Əkrəm oğlu idarə etdiyi idarə etdiyi "99-HK-143" dövlət nömrə nişanlı "NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq körpünün kənarından Əyriçay çayına aşıb.
Avtomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobili kəsib, onun içərisində sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Müharibə əlili ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya