Politoloq Nəzakət Məmmədovanın fikrincə, bu təklifə rəsmi dövlət qurumları cavab verdikdən sonra konkret münasibət bildirmək olar. "İpək yolu” vizasının tətbiq olunmasının nə dərəcədə rentabelli olub-olmayacağını indidən ehtimal etmək mümkün deyil:
Qazaxıstan türk dövlətlərini “İpək yolu”na çağırdı
22:08 08.08.2018
Arxiv
1921
Nəzakət Məmmədova: “Düşünürəm ki, Azərbaycan hökuməti Qazaxıstanın təklifinə müsbət reaksiya verəcək”
Politoloq Nəzakət Məmmədovanın fikrincə, bu təklifə rəsmi dövlət qurumları cavab verdikdən sonra konkret münasibət bildirmək olar. "İpək yolu” vizasının tətbiq olunmasının nə dərəcədə rentabelli olub-olmayacağını indidən ehtimal etmək mümkün deyil:
Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulan "İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.
Trend-in məlumatına görə, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.
Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.
Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın "Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhameduli "İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-ü Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib.
Politoloq Nəzakət Məmmədovanın fikrincə, bu təklifə rəsmi dövlət qurumları cavab verdikdən sonra konkret münasibət bildirmək olar. "İpək yolu” vizasının tətbiq olunmasının nə dərəcədə rentabelli olub-olmayacağını indidən ehtimal etmək mümkün deyil: "Mən ancaq bir politoloq kimi ümumi şərh verə bilərəm. Düşünürəm ki, inteqrasiya və turizmin inkişafı baxımından "İpək yolu” vizasının tətbiq olunması məqsədəuyğun haldır”. Orta Asiyanın Avroasiyaya inteqrasiyasında Qazaxıstanın mühüm rol oynadığını qeyd edən N.Məmmədovanın fikrincə, Azərbaycan da Cənubi Qafqazda özünəməxsus söz sahibidir. Bu baxımdan iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi vacib haldır: "Ancaq "İpək yolu” vizasının "Şengen”lə əvəzlənməsini bir o qədər də uyğun hesab etmirəm. "Şengen” Avropa Birliyini birləşdirir. Azərbaycanla Qazaxıstan isə eyni bir blokda təmsil olunmur. Lakin azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Dövlətlərarası münasibətlərdə də heç bir problem yoxdur. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əlaqələrin də böyük və qədim tarixi var. Düşünürəm ki, bütün bu faktorları nəzərə alan Azərbaycan hökuməti Qazaxıstanın təklifinə müsbət reaksiya verəcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual