A.İmanov xaricilərə səslənib və konkret sual ünvanlayıb:
Qərb: Mitinqlər dağıdılır, jurnalistlər həbs olunur, insan haqları pozulur
11:05 09.01.2019
Arxiv
674
"Qərəzli xarici media şantajla məşğuldur. Məqsədləri ayrı-ayrı dövlətləri şantaj edərək pul-para yığmaqdır. Bu cür dairələri hansısa "demokratik dəyərlər” maraqlandırmır”.
Bunu "Sherg.az”a açıqlamasında "Milli.az” saytının baş redaktoru, siyasi ekspert Anar İmanov deyib.
Baş redaktor bildirib ki, məkirli qüvvələrin yeganə "dəyəri” puldan ibarətdir. Əsasən də yaşıl rəngli pulları, yəni dolları çox sevirlər:
"Lakin indiki məqamda onların işi çox çətindir. "Sarı jiletlilər” adlı etirazçılar Qərb ölkələrində hakimiyətlərin maskalarını cıraraq, əsl üzlərini göstərdi. Kadrlara baxanda insan dəhşətə gəlir, inanmırsan ki, bizə "demokratiya” dərsi keçən bunlardırmı? Etiraz aksiyasında polislər qadınları şaçından tutub yerlə sürüyür. Həmin etiraz aksiyalarında 13 yaşlı qız həbs olunur, xalqa qarşı gözyaşardıcı qazdan istifadə olunur. Sanksiyalaşdırılmamış etiraz aksiyalarında iştiraka görə, insanlar həbs olunur. Mitinqlər sərt və kobud şəkildə dağıdılır, jurnalistlər həbs olunur, insan haqları kütləvi şəkildə pozulur. On minlərlə vətəndaş kəskin etiraz edir, artıq bıçağın sümüyə dirəndiyini deyirlər. Bu fonda isə hüquq müdafiə təşkilatlarının, Avropa Şurasının və İttifaqının, Avropa Parlamentinin, BMT-nin, əlaqədar qurumların zəif də olsa səsi çıxmır. Əvəzində Azərbaycanda və digər ölkələrdə hər hansı xırda məsələ şişirdilir, az qala faciə kimi təqdim olunur”.
A.İmanov xaricilərə səslənib və konkret sual ünvanlayıb: "Həqiqətən bizə kömək etmək istəyirsinizmi? O zaman təcəvüzkar Ermənistana təzyiq edin, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasına çalışın. Bizim bircə problemimiz var - əzəli toqpaqlarımızın işğalı. Riyakarlıq, ikiüzlülülk edib, xırda məsələlərlə başınızı qatmayın. Bu problem həll olunmadan, uydurmaları bəhanə gətirərək bizə demokratiya dərsi keçmək istəyi sadəcə tərbiyəsizlikdir”.
Qeyd edək ki, son günlər Azərbaycanı sevməyən məlum dairələr, qərəzli Qərb təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində hər gün baş verən zülmləri, işgəncələri, polis-xalq qarşıdurmasını görməzdən gələn, onlar barəsində bir cümlə belə xəbər dərc etməyən, hər hansı tələb irəli sürməyən məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu "jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya