Qəzzada 15 fələstinli öldürülüb - Fransa İsraildən zəmanət istədi





Fransa Xarici İşlər Nazirliyi bazar günü "Qəzzadakı son günlərdə baş verən ciddi hadisələrdən dərin narahatlıqlarını" ifadə edərək, cümə günü 15 fələstinlinin ölümündən sonra İsrail hökumətini Qəzza zolağında hadisələri məhdudlaşdırmağa çağırıb. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Fransa İsrailin səlahiyyətlilərini mülki şəxsləri qorumaq üçün vəzifələrini xatırladıb və ən sərt məhdudiyyətlərlə hərəkət etmələrini tələb edib.

Eyni zamanda Paris fələstinlilərin dinc nümayiş etmək hüququnun olduğunu xatırladaraq, hər iki tərəfin Qəzza Zolağında humanitar böhranın sona çatmasını istədiyini diqqətə çatdırıb. 

Bundan başqa, Fransa XİN -i İsrail səlahiyyətlilərinin tətbiq etdiyi məhdudiyyətin və məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini təklif edir.

Tərcümə etdi: Ayyət ƏHMƏD