"Real" və "Barselona"nın təklifini rədd etdim" - Poqba






"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Real" və "Barselona" kimi klubların təklifini rədd edib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə fransalı yarımmüdafiəçinin özü məlumat verib. O, "Mançester Yunayted"ə keçmək üçün sözügedən klubların təklifini müsbət cavablandırmadığını deyib:

"Mançester Yunayted"i keçdim. Çünki hədəflərim var. "Real" və "Barsa"ya keçə bilərdim. Mənimlə maraqlanırdılar. Ancaq seçimim "Mançester Yunayted" oldu. Qəlbimin səsini dinlədim".