"...Reketlər həbsdən çıxdıqdan sonra da fəaliyyətlərini davam etdirirlər"
08:13 31.10.2018
Arxiv
310
"Mən ümumiyyətlə, reket fəaliyyəti ilə məşğul olanların adlarının qarşısında jurnalist sözünün yazılmasının əleyhinəyəm”.
Bunu "Sherg.az”a açıqlamasında "Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli deyib.
Onların bir çoxunun jurnalist olmadığını deyən R.Bəşirli bu cür şəxslərin həqiqi jurnalistləri gözdən saldığını bildirib:
"Biz Azərbaycanda aşağı-yuxarı jurnalist fəaliyyəti ilə məşğul olanları tanıyırıq. Bu adamların əksəriyyəti isə jurnalistika sferasında tanınmırlar. İnsan peşəsindən aslı olmayaraq cinayət törədibsə, buna görə mütləq cavab verməlidir. Bu baxımdan özünü jurnalist kimi xarakterizə edən hansısa şəxs reket fəaliyyəti ilə məşğul olursa, cəzalandırılmalıdır. Lakin, məsələ tək cəzayla bitmir. Biz əksər hallarda görürük ki, bəzən jurnalist adlandırılan bu reketlər həbsdən çıxdıqdan sonra yenə də fəaliyyətlərini davam etdirirlər. Ona görə də , cəza tədbirləri ilə yanaşı onları bu əməllərdən çəkindirmək üçün başqa yollar da tapılmalıdır”.
Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya