Rəsmi Bakıdan qondarma rejimin "rəhbər"inin səfəri ilə bağlı Rusiya XİN-ə CAVAB
13:46 30.11.2018
Arxiv
418
Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) şərhinin məntiqi ilə sanki Bako Saakyan sanki Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə "rəhbəri” qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib.
Bunu "Sherg.az" Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini idarə edən Leyla Abdullayeva deyib.
L.Abdullayevanın sözlərinə görə, şərhdə bildirilir ki, bu səfər Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil":
"Yenə də xatırlatmaq istərdik ki, 1997-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır".
Bu baxımdan Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: "Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir".
Rusiyanın vasitəçilik missiyasına gəldikdə XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir:
"Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqdır".
Həmçinin, sual əmələ gəlir – əgər bu həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) "şəxsi" səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin – Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya