“Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”
12:25 08.09.2021
Arxiv
481
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib.
O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində keçirilən tədbirdə iştirak edib:
“Həmin tədbirdə Rövşən Əkbərovla tanış oldum. Kiyevdən qayıtmazdan əvvəlki gün, mayın 31-də o, məndən bir bağlamanı Bakıya aparmağımı xahiş etdi. Səfirliyə gedib bağlamanı götürdüm. Səhəri gün isə Bakıya gətirdim, içərisində nə olduğunu bilmirdim”.
Daha sonra “Olaylar” qəzetinin baş redaktoru, qətlə yetirilən Elçin Əliyevin yaxın dostu olan Yunis Oğuz ifadə verib.
O bildirib ki, hadisənin səhərisi günü E.Əliyevin qətlə yetirildiyini eşidib:
“Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb. Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm də Ukraynada olan qardaşım Musaxan Əliyev söylədi ki, Elçini Rövşən qətlə yetirib. Qardaşım hadisə vaxtı orada olmayıb, bu barədə eşidib”.
R.Əkbərov Y.Oğuzun ifadəsinə etiraz edib. O söyləyib ki, hadisə vaxtı orada olan Məzahir Şıxəliyev hadisədən 3 gün sonra öldürən adamın kimliyini müəyyən etmək üçün şəkil istəyib:
“Bu halda hadisə günü onun Yunis Oğuza məlumat verməsi ziddiyyətlidir”.
Məhkəmədə qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev də dindirilib. O vurğulayıb ki, hadisədən bir neçə saat əvvəl E.Əliyevlə telefonla danışıb:
“O, Rövşən Əkbərov adlı generalın Ukraynada qonaq olduğunu, onunla görüşdüklərini, həmin gün də yenidən görüşəcəklərini söylədi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Nazim İbrahimov Elçinin meyitini gətirdikdən sonra mənə Rövşən Əkbərovla görüşdüyünü bildirdi. Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”.
Generalın vəkilləri şahidin 2003-cü ildəki ifadəsi ilə hazırki ifadəsi arasında kəskin ziddiyyətlər olduğunu deyiblər. Belə ki, E.Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini bildirib.
Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını deyib:
“Amma biz bilirik ki, Rövşən Əkbərov əvvəlcə Məzahirin sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurub. Daha sonra maşından küt alət götürüb Elçini öldürüb. Qüdrət də onun yanında olub”.
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət