Rövşən Rzayev:"ATƏT DTİHB-nin qərəzli seçki hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanıb"
10:48 13.04.2018
Arxiv
2370
ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış, Azərbaycanın bugünkü reallığını əks etdirməyən hesabatdır.
"Sherg.az" xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
Rövşən Rzayev bildirib ki, bunun səbəbi Azərbaycana qarşı həyata keçirilən ikili standartlardır. Azərbaycan xalqı heç zaman bu cür ədalətsiz yanaşma ilə razılaşmacaq.
İndiyədək müxtəlif ölkələrdə seçkiləri müşahidə etdiyini bildirən Milli Məclisin deputatı deyib: "Bir neçə il əvvəl AŞPA-nın müşahidə missiyasının tərkibində Ukraynada keçirilən seçkiləri izləyirdim. Biz 20 qrupa bölünmüşdük və hər qrupda 2 deputat var idi. Mən finlandiyalı nümayəndə ilə bütün gün ərzində məntəqələri gəzdim. Sonra biz AŞPA nümayəndəliyinin ovaxtkı rəhbərinə hesabat verdik. İyirmi qrupun hamısı seçkilərin müsbət keçdiyini bildirdi və yazılı şəkildə nümayəndəliyin rəhbərinə hesabat verdi. AŞPA nümayəndəliyinin rəhbəri razılığını bildirərək dedi ki, seçkilər baş tutub, hər şey qaydasındadır, heç bir problem yoxdur. Bununla da biz işimizi bitirdik. Ertəsi gün axşam isə Ukraynada mətbuat konfransı keçirildi. Orada ATƏT-in, Avropa Parlamentinin və AŞPA-nın nümayəndələri var idi. Hesabat vaxtı AŞPA nümayəndəliyinin rəhbəri birdən-birə dedi ki, Ukraynada keçirilən seçkilər ədalətdən uzaqdır və o, bizim gördüklərimizin tam əksini dedi. Bunu deməkdə məqsədim odur ki, bunların hazırladıqları hesabat tam ədalətsiz, ikili standartlara əsaslanan hesabatdır.
Azərbaycan xalqı öz seçimini etdi. Bu seçimə hörmətlə yanaşmaq lazımdır. Azərbaycan xalqı öz liderinə inanır, onun ətrafında hər zaman sıx birləşib. Azərbaycan xalqı müdrik xalqdır, heç zaman yol verməyəcək ki, ölkəmizdə qərəzli qüvvələrin istədiyi kimi, onlara lazım olan fəaliyyət həyata keçsin. Azərbaycan vətəndaşı öz doğma Vətəninə bağlıdır. Azərbaycan bugünkü sabitliyini heç zaman heç nəyə dəyişməz. Buna görə də bu qərəzli qüvvələrin ədalətsiz mövqeləri bizi narahat etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət