Rusiya-ABŞ gərginliyinin Azərbaycana təsirləri - Deputatdan izah

Asim Mollazadə: "Məlum vəziyyət Rusiyaya qonşu olan ölkələr üçün müəyyən fəsadlar verə bilər"


"Rusiyanın hər bir sərt cavabı daha ağır sanksiyalarla və beynəlxalq izoliyasiya ilə nəticələnə bilər".

Bu barədə "Sherg.az"-a ABŞ- Rusiya gərginliyinin nəticələrini şərh edərkən millət vəkili Asim Mollazadə bildirib. 

Parlament üzvünün sözlərinə görə, bu qarşıdurmada ən çox zərəri Moskva görəcək: 

"Bunları götür qoy edərək ölkəni daha dərin böhrana aparmaqdan vaz keçmək gərəkir".

Rusiya - ABŞ gərginliyinin Azərbaycan təsirlərindən söz açan millət vəkili bəyan edib ki, məlum gərginlik Rusiyaya qonşu olan ölkələr üçün müəyyən fəsadlar verə bilər:

"Söhbət ondan gedir ki, təcavüz olan bölgələrdə gərginlik daha da arta bilər. Və biz bunun bəzi elementlərini Gürcüstanda gördük. Osetiya sərhədlərinin genişlənməsi, Bakı - Supsa kəmərinin Rusiya ordusu tərəfindən nəzarətə götürülməsi Rusiyanın imkanları daixlində olan cavablardır. Lakin Risiyanın cavab vermək imkanları çox azdır".

Ayyət Əhməd