Rusiya XİN-i Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinə nota verib





Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinə nota verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələri gəmilərinin Qara dənizdə Rusiya ərazi sularından dinc keçid qaydalarını pozması ilə əlaqədar Ukraynanın müvəqqəti işlər vəkili Ruslan Nimçinski Rusiya XİN-ə çağırılıb və ona müvafiq nota təqdim olunub.