“Rusiya bazarından asılılığı azaltmaq üçün Azərbaycan hökuməti digər qonşu və MDB bazarlarına çıxış imkanları arasında təşviq proqramları hazırlamalıdır”
Rusiya “yaşıl işıq” protokoluna əməl etmir
07:52 31.10.2018
Arxiv
538
Azərbaycandan gedən yük maşınları 4 gündür ki, Dağıstan ərazisində saxlanılıb
“Rusiya bazarından asılılığı azaltmaq üçün Azərbaycan hökuməti digər qonşu və MDB bazarlarına çıxış imkanları arasında təşviq proqramları hazırlamalıdır”
“Rusiya bazarından asılılığı azaltmaq üçün Azərbaycan hökuməti digər qonşu və MDB bazarlarına çıxış imkanları arasında təşviq proqramları hazırlamalıdır”
Azərbaycandan Rusiyaya gedən yük maşınları 4 gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb. Sürücülərin məlumatına görə, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-yə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb. Sürücülər deyib ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir: "Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüz işlək vəziyyətindədir. Bizə bununla bağlı heç bir açıqlama vermirlər, nə gedə bilirik, nə də ki geriyə qayıda bilirik”.
İqtisadçı Natiq Cəfərlinin "Şərq”ə açıqlamasına görə, Rusiya zaman- zaman qonşu ölkələrə qarşı bu cür təzyiqlərlə öz istəklərini diktə edirlər. Bu günə qədər gömrükdə saxlanılan heç bir məhsula görə Rusiya tərəfi məntiqli açıqlama verməyib. Bu dəfə də susurlar. Halbuki dəfələrlə Azərbaycanla Rusiya hökumətləri arasında gömrükdə "yaşıl keçid” lə bağlı danışıqlar aparılıb.
Hətta qarşılıqlı addımların atılmasına dair qarşılıqlı müqavilələr belə imzalanıb. Buna rəğmən azərbaycanlı fermerlərin aqrar məhsullarının Rusiya bazarlarına çıxışlarında zaman-zaman problemlər yaşanır: "Azərbaycan məhsullarının Rusiyaya daşınmasında yaradılan bürokratik əngəllər sahibkarların və fermerlərin ziyana uğramasına səbəb olur. Onsuz da sərhəd keçid məntəqələrində sürətli keçid təmin edilmirdi. Məhsulların Rusiyaya buraxılmaması isə ikiqat problemə çevrilir. "Yaşıl keçid” məsələsi gündəmə gələn zaman ehtimal olundu ki, bu problemlər aradan qalxacaq və Azərbaycan aqrar məhsullarının Rusiya bazarlarına daha sürətli çıxışı təmin ediləcək.
Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları olduğu üçün tez xarab olurlar. Bu məhsulların uzun müddət gömrük məntəqələrində qalmaları, keçid zamanı ləngimələri ciddi pul itkilərinə gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycan və Rusiya rəsmiləri bu məsələnin birdəfəlik, dövlət səviyyəsində həllinə nail olmalıdır. "Yaşıl keçid” protokolu imzalanıbsa, onun şərtlərinə əməl olunmalıdır. Yaxud da Rusiya tərəfindən atılan addımların və yaradılan əngəllərin məntiqi izahı verilməlidir. Onlar isə çox zaman Azərbaycandan gedən məhsulların standartlara uyğun olmadığı bəhanəsini uydurur. Yaxud da sertifikatların olmadığını iddia edir. Amma hər hansı bir güzəştdən sonra həmin yük maşınları gömrükdən buraxılır. Bu isə o anlama gəlir ki, sənədləşmədə heç bir problem olmayıb, məqsəd öz tələblərini qəbul etdirməkdən ibarətdir”.
Azərbaycan fermerləri üçün Rusiyanın mühüm bazar olduğunu vurğulayan iqtisadçı deyib ki, Azərbaycan aqrar məhsullarının ixracının 85 faizini Rusiya bazarı təşkil edir. O baxımdan bu istiqamət Azərbaycan üçün hər zaman önəmli olub.
"Hesab edirəm ki, Rusiya bazarından asılılığı azaltmaq üçün Azərbaycan hökuməti digər qonşu və MDB bazarlarına çıxış imkanları arasında təşviq proqramları hazırlamalıdır. Ukrayna və Qazaxıstan, Belarusiya bazarları da kifayət qədər böyükdür. Fermerlərimizin həmin bazarlara çıxış imkanları olsa, Rusiya tərəfindən maneələr yaradılacağı halda Azərbaycan məhsullarının satışını digər bazarlarda həyata keçirmək olar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət