Rusiyada yalnız müəyyən qüvvələr Ermənistana köməklik göstərir - POLİTOLOQ





"Səsləndirilən bu fikirlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mənasız bir qurum olduğunun sübutudur. Bu qurumun baş katibi Nikolay Bordyujanın Azərbaycanı təxribatçı adlandırması tamamilə əsassızdır". 

Bu sözləri Sherg.az-a  "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib. Onun sözlərinə görə, baş katibin sözlərində iki düzgün olmayan məqam var:"

O deyir ki, Dağlıq Qarabağ respublikadır və bu təxribatlar Azərbaycan tərəfindən törədilib. Belə reallığı əks etdirməyən cümlələr KTMT daxilində uğursuz bir testdir. Çünki təşkilatın üzvləri guya bir-birilərinin sərhədlərini qorumalıdır. Əgər həqiqətən Azərbaycan hücuma keçibsə, belə çıxır ki, təşkilat üzvləri Ermənistanı yalnız buraxıb. Bunun başqa cür olması da, mümkün deyildi. Həmin dövlətlərin əksər üzvləri Azərbaycana dost ölkələr olduğundan KTMT erməni diplomatını baş katibliyə qəbul edə bilmir. Baş katibin seçiləcəyi əvvəlki görüşə Qazaxıstan prezidenti gəlmədi, bu dəfə isə Belarus prezidenti iştirak etmədi. 

Ermənistan nümayəndəsi də buna görə baş katib seçilmədi. İddia edirlər ki, atəşkəsi Azərbaycan pozub. Belə gücləri çatırsa, niyə Ermənistanı layiqincə müdafiə edə bilmirlər? Çünki bilirlər ki, Azərbaycan torpaqları işğala məruz qalıb. Azərbaycan zərərçəkmiş tərəfdir. Ermənistanı müdafiə etsələr, işğala dəstək göstərmiş olacaqlar. KTMT üzvlərindən ancaq Rusiyada yalnız müəyyən qüvvələr Ermənistana köməklik göstərir. Nə Belarusiya, nə Qazaxıstan, nə də digər ölkələr Ermənistana görə Azərbaycanla münasibətləri korlayacaq".

Ayyət