"Rusiyanın əlindəki Trampın seks kasetləri" xəbəri dünyanı sarsıtdı!

Amerika kəşfiyyat təşkilatlarının hazırladığı hesabat mediaya sızdı. Hesabatda Moskvanın ABŞ-ın yeni prezidenti ilə əlaqədar "sürprizlər" hazırladığı ifadə edilir. Xəbərlərə görə, onların arasında Trampın Moskvada çəkilmiş seks kasetləri də var.
Xəbərlər gündəmi dəyişdirdi -  əvvəl Rusiya, daha sonra da Tramp şərhlər verdi. Moskva söz mövzusu hesabatı "ucuz roman" olaraq xarakterizə etdi, ABŞ-ın yeni lideri isə Twitterdən atəş püskürdü: "Mənə istiqamətli son hücum. Naşist  Almaniyasındamı yaşayırıq?".