Rüşvət almaqda təqsirləndirilən gömrük mayorunun məhkəməsi başladı
09:20 10.01.2019
Arxiv
506
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq vəsaiti verib.
Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru A.Cəfərəliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib.
A.Cəfərəliyev və R.Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Onun barəsində cinayət işi başlanılıb və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm